Bu ölkə zəngin əcnəbilərə vergini ikiqat artırır
İtaliya hökuməti, ölkəyə köçən varlı əcnəbilərin xaricdə qazandıqları gəlirlərə tətbiq olunan illik sabit vergini 100.000 avrodan 200.000 avroya artırmaq qərarına gəlib.
QHT.az xəbər verir ki, bu "milyarderlər üçün düz vergi" yalnız yeni gələnlərə şamil olunacaq, köhnə qaydalar isə mövcud rezidentlər üçün eyni qalacaq. İtaliya bu vergini Brexitdən sonra tətbiq edərək, varlı əcnəbiləri və uzun müddət xaricdə yaşamış italyanları cəlb etmişdi.
Maliyyə məsləhətçiləri hesab edir ki, verginin artırılması bəzi zənginlərin ölkəyə köçməsini azaldacaq, lakin İtaliya hələ də varlı insanlar üçün cəlbedici olaraq qalacaq.
Pərvanə Fərhadqızı