Xəbərlər 09.12.2024 13:10 164

Virtual kitabxanadan yükləmələr 500,000-i keçdi

Hüquq və İnsan Haqları İnstitutunun 2023-cü ilin may ayında istifadəyə verilmiş "Hüquq və insan haqları virtual kitabxanası" böyük uğura imza atıb. Belə ki, kitabxanadan yükləmə sayı 500,000-i keçib.

QHT.az xəbər verir ki, bu platforma dərslik, məqalə, jurnal, hesabat və müxtəlif hüquqi sahələrə aid materialları geniş oxucu kütləsinə çatdırır. Kitabxana, həmçinin hüquqi maarifləndirmə sahəsində fəaliyyətin təkmilləşdirilməsinə xidmət edir. Elektron kataloqda olan kitablar üç dildə - azərbaycan, rus və ingilis dillərində təqdim olunur ki, bu da daha geniş auditoriyanı əhatə etməyə imkan yaradır.

Virtual kitabxananın kataloqu daim yenilənir və daha oxunaqlı, maraqlı formatda təqdim edilir. İstifadə tamamilə ödənişsizdir.

Virtual kitabxanadan yararlanmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://lhri.az/az/library

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı