Xəbərlər 18.02.2025 14:33 154

Xankəndidə təşkil olunan kurslarda artıq 400 müdavim yeni peşələrə yiyələnib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan peşə hazırlığı kursları davam edir. 

İşğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən artıq 400 müdavim tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kursları başa vurub. 

Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə verilən tikiş fabrikində işlə təminatı həyata keçirilir.  

 

Hazırda daha 29 şəxsin “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə tədrisi davam etdirilir və yaxın günlərdə daha bir qrup şəxs üçün peşə kursuna başlanması da planlaşdırılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı