Xəbərlər 07.05.2025 08:13 92

Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi yeni layihə həyata keçirir

Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) 2025–cü ilin may ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial-psixoloji dəstək” adlı layihəsini həyata keçirir.

QHT.az xəbər verir ki, layihənin mahiyyəti müharibədən zərçəkmiş şəxslərə - şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına sosial-psixoloji xidmətlərin göstərilməsi ibarətdir.  Layihə çərçivəsində Tovuz rayonunda sosial-psixoloji dəstək mərkəzinin (SPDM) yaradılması, SPDM -də cəlb edilmiş ən azı 100 benefisiara sosial-psixoloji reabilitasiya xidmətlərin göstərilməsi, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları və onların ailələrini, həmin şəxslərə dair qanunvericilik və dövlət proqramları ilə bağlı maarifləndirmək, evlərdə səyyar sosial-psixolji xidmətləri təşkil etmək, benefisarlara göstərilən sosial-psixoloji xidmətlərin təkmiləşdirilməsi ilə bağlı qanunvericiliyə təkliflərin hazırlanması nəzərdə tutulur.  


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı