Xəbərlər 18.02.2025 18:48 122

Ödənişi gecikdirilmiş 26 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar ayında vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 26 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.

 

Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. 

 

Həmin vəsaitin 82,8 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

 

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 2 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. 

 

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı