Xəbərlər 21.02.2025 16:22 204

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib

Fevralın 21-də elm və təhsil naziri Emin Əmrullayev Abşeron rayonunda vətəndaş qəbulu keçirib.

 

Qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak ediblər. 

 

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.  

 

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

 

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı