İlon Mask süni intellektdə yeni dövrün başlanğıcını açıqlayır
2023 və ya 2024-cü illərdə ilişib qalan bir çox AI modellərindən fərqli olaraq, Grok 3-ün bilikləri real vaxt rejimində yenilənir.
QHT.az xəbər verir ki, İlon Maskın xAI startapı tərəfindən hazırlanan Grok 3 süni intellekt bazarında yeni, lakin güclü oyunçuya çevrilib. Onu digər AI modellərindən fərqləndirən əsas cəhət real vaxt rejimində yenilənən bilik bazasına malik olmasıdır. Maskın sözlərinə görə, Grok 3-ün bilikləri daim yenilənir, bu isə onu köhnəlmiş məlumatlarla işləyən GPT modellərindən üstün edir. O, riyaziyyat, elm və proqramlaşdırma sahələrində rəqiblərini üstələyərək, "yer üzündəki ən ağıllı süni intellekt" adlandırılıb.
Bundan əlavə, xAI Grok 3-ü serverlərin yükü imkan verdiyi müddətdə pulsuz təqdim edəcəyini elan edib. Bu isə süni intellekt bazarında onsuz da gərgin olan rəqabəti daha da artırır. Eyni zamanda, OpenAI-nin yaxın aylarda GPT-5-i buraxacağı gözlənilir. Yeni model süni intellekt sahəsində inqilab yaradaraq insanlara daha yüksək səviyyədə dəstək verməyə hazırlaşır.
R.İmanov