Bu gün Xocavənd döyüşlərində şəhid olan qəhrəmanlarımızı anırıq!
Bu gün 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın anım günüdür.
QHT.az xəbər verir ki, təxribat nəticəsində 5 hərbçimiz şəhid olub, 1 hərbçimiz isə ağır yaralanıb. Ağır yaralanan əsgər Elvin Süleymanov fevralın 27-də hərbi hospitalda şəhadətə ucalıb.
Şəhid olan hərbiçilərimiz:
- Mayor Abdullayev Aqşin İsmayıl oğlu
- Baş leytenant Nəzərov Şahlar Yaşar oğlu
- Baş leytenant Haşımlı Tural Əbdül oğlu
- Baş çavuş Qədimov Zülfü Rəhim oğlu
- Əsgər Cəfərov Zakir Nazim oğlu
- Əsgər Elvin Süleyman oğlu Əhmədov
Dərin ehtiramla yad edirik!