Nadir xəstəliklərin müalicəsində müasir yanaşmalar müzakirə olunur - FOTOLAR
Bu gün TƏBİB və Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Azərbaycanda Nadir Xəstəliklərin Müalicəsində Müasir Yanaşma və Klinik Hallar” mövzusunda elmi konfrans keçirilir.
QHT.az xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunan tədbirdə iştirak edən həkimlərə 7 kredit balı veriləcək. Konfrans, nadir xəstəliklərin diaqnostikası, müalicəsi və pasiyentlərin həyat keyfiyyətinin artırılması istiqamətində yeni yanaşmaları müzakirə etməyi hədəfləyir.
Nadir xəstəliklərdən əziyyət çəkən heç bir vətəndaşın diqqətdən kənar qalmaması məqsədilə təşkil olunan bu tədbir, səhiyyə mütəxəssisləri, pasiyent təşkilatları və aidiyyəti qurumların nümayəndələrini bir araya gətirir.
Qeyd edək ki, tədbirin əsas məqsədi nadir xəstəliklərin müalicəsində qabaqcıl metodların tətbiqini genişləndirmək və bu sahədə həkimlərin bilik və bacarıqlarını artırmaqdır.
Pərvanə Fərhadqızı