Braziliyanın Ədliyyə və İctimai Təhlükəsizlik Naziri Flavio Dino dünən verdiyi açıqlamada 1500-ə yaxın keçmiş prezident Jair Bolsonaro tərəfdarının Milli Konqresə basqın edərək ordu qərargahı qarşısında düşərgə qurduqları səbəbilə saxlanıldığını və ya həbs edildiyini açıqlayıb.
Daha çox oxu

Braziliyada keçmiş prezident Jair Bolsonaronun minlərlə tərəfdarı dünən paytaxt Braziliyada Milli Konqresə, Federal Ali Məhkəmənin Baş Assambleyasına və Planalto Sarayına basqın edib.

QHT.az xəbər verir ki, Prezident Luis İnasio Lula da Silvanın "terror və vandalizm" olaraq xarakterizə etdiyi basqınla bağlı açıqlama verən ədliyyə və ictimai təhlükəsizlik naziri Flavio Dino təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində hücum edənlərin icarəyə götürdüyü 40 avtobusun və birində odlu silah ələ keçirildi.Təxminən 1500 adamın ordu qərargahı qarşısında düşərgə qurduqları səbəbiylə nəzarətə alındığını və ya həbs edildiyini açıqladı.

Nazir Dino, həmçinin terror aktları ilə bağlı aparılan istintaqın aktda iştirak edənlərdən kənara çıxaraq təşkilatçılara və maliyyəçilərə çatmaq məqsədi daşıdığını xatırladıb və yaxın günlərdə yeni həbslərin həyata keçiriləcəyini bildirib.