ABŞ prezidenti Co Baydenin keçmiş şəxsi ofisində onun vitse-prezident olduğu vaxta aid dövlətə aid məxfi sənədlər tapılıb.
QHT.az xəbər verir ki, Baydenin müşavirlərindən biri olan Riçard Sauber qeyd edib ki, Baydenin təsis etdiyi Penn Bayden Mərkəzindəki şəxsi ofisində 2009-2017-ci illərdə vitse-prezidentlik dövründən məxfi məlumatları ehtiva edən bir neçə sənəd var.
Sənədlərin 2 noyabr 2022-ci ildə kilidli kabinetdə tapıldığını deyən Sauber, Baydenin şəxsi vəkillərinin vəziyyətlə bağlı Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını bildirib. Ağ Ev rəsmiləri Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığını açıqlayıb.












