“Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticəsində Ermənistan özünün heç vaxt tanımadığı qondarma rejimdən imtina edib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq ictimaiyyət qarşısında rəsmən tanıdığını bir daha göstərib”.
Bu fikirləri QHT.az-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri, Vətən müharibəsinin iştirakçısı Şahin Rəhmanlı bildirib.
Onun sözlərinə görə, bundan sonra Ermənistanın qarşısında duran əsas məsələ ölkə daxilində də eyni mövqeni nümayiş etdirmək və revanşist ideologiyanın qarşısını almaqdır.
“Regionda dayanıqlı sülhün bərqərar olunması İrəvanın keçmişin xülyalarından əl çəkməsindən və Azərbaycanın suverenliyinə qarşı yönəlmiş hər hansı təxribatçı fəaliyyətin qarşısını almasından keçir. Başqa cür sülh qoruna bilməz”, – deyə Şahin Rəhmanlı vurğulayıb.












