“Azərbaycanda meyxana yolu ilə yeni bir cinayətkar kult formalaşdırıb İranın ideoloji istəklərinə xidmət edirlər”.

QHT.az “Report”-a istinad'n  xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev deyib.

Deputat ehtimalla bildirib ki, yəqin bu yöndə fəaliyyət göstərən QHT-lər də var:

“Ona görə də ayrıca olaraq onlarla görüşə ehtiyac ola bilər”.

Komitənin sədri Fəzail İbrahimli isə xatırladıb ki, Milli Məclisin funksiyası qanunvericiliklə məşğul olmaqdır:

“Aidiyyəti qurumlar kimin ayaqqabısının ölçüsü neçədir, ona qədər bilirlər və bütün işlər nəzarət altındadır”.