İsraildə 17 yaşlı yeniyetmə Qüds yaxınlığında müəllimə hücum edib.
QHT.az xəbər verir ki, hadisə yanvarın 23-də Əbu Qoşdakı məktəbdə baş verib. Polisin məlumatına görə, gənc oğlan müəllimi mis dırnaqlarla şiddətlə döyüb. Həmçinin saxlanılma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gəncdən bibər qazı götürüblər.
Nəticədə xəsarət alan müəllim xəstəxanaya yerləşdirilməli olub. Müəllimlər həmkarlar ittifaqı növbəti iki gün ərzində təhsil ocağını bağlamaq qərarına gəlib.
Gəncin barəsində cinayət işi başlanıb.
Bundan əvvəl Kubanda məktəbliləri kəmərlə döyən müəllimlərin işdən uzaqlaşdırıldığı məlum olub.












