18 sentyabr 2026-cı il tarixində Neftçala şəhərində “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin (İB) təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin dəstəyi ilə həyata keçirilən “Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

Tədbirin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə kontekstində yerli və regional səviyyədə maarifləndirmənin artırılması, həmçinin yaşıl enerji sistemlərinə keçid prosesinin təşviq edilməsidir.

Tədbir çərçivəsində:

• Layihənin təlimçi-ekspertləri tərəfindən müasir ekoloji çağırışlar və bərpaolunan enerji texnologiyalarına dair geniş təqdimatlar edilib;
• Son illər respublikamızda iqlim dəyişikliyinin fəsadlarının azaldılması və alternativ enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və mühüm layihələr diqqətə çatdırılıb;
• İnteraktiv diskussiya formatında keçən yekun hissədə iştirakçıların sualları cavablandırılıb.

Tədbir zaman aparılan müzakirələr və irəli sürülən təkliflər regionda ekoloji maarifləndirmənin davamlılığını təmin etməyə, eləcə də ölkəmizin "yaşıl enerji" ölkəsinə çevrilməsi istiqamətindəki milli hədəflərinə töhfə verməyə hədəflənib.