Elanlar 06.10.2022 22:11 4041

İş elanı - Əməliyyatlar üzrə menecer

 

Tarix  06 oktyabr 2022-ci il

Vəzifə: Əməliyyatlar üzrə menecer
Yer: Bakı, Azərbaycan

 

Vəzifə öhdəlikləri:

•    Müştərilərə vaxtında və keyfiyyətli xidmətlərin göstərilməsinə nəzarət etmək;
•    Strateji planlaşdırma prosesində fəal iştirak etmək;
•    Layihələrin planlaşdırılmasına və işlənib hazırlanmasına  töfhə vermək;
•    Qərarların qəbulunda işçilərə dəstək göstərmək;
•    İşçilərin fəaliyyətini əlaqələndirmək;
•    Ehtiyac olduqda hesabatlar yazmaq;
•    Dövlət qurumlarının , habelə beynəlxalq və yerli təşkilat və şirkətlərin nümayəndələri ilə mütəmagörüşlər keçirmək  və əlaqələri inkişaf etdirmək;
•    İş planlarının dəqiq və vaxtında icra edilməsinə nəzarət etmək;
•    Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.

 

Namizədə dair tələblər:
•    Ali təhsil (Hüquq və ya layihənin idarə edilməsi ilə bağlı ixtisaslar üzrə ali təhsil  dərəcəsi (MBA, Biznesin idarə edilməsi, İqtisadiyyat və s.);
•    Əməliyyatlar meneceri kimi ən azı 3 illik iş təcrübəsi;
•    Beynəlxalq donorlarla və müştərilərlə iş təcrübəsi (USAİD, EU və s.);
•    Hesabat hazırlamaq bacarığı;
•    Layihə idarəetmə, monitorinq və problemləri həll etmək bacarıqları;
•    Eyni vaxtda  bir neçə müştəri ilə  işləmək bacarığı;
•    Kompyuter bilikləri;
•    Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq və yazmaq;
•    Ünsiyyət qurmaq və komandada işləmək bacarığı.

 

Digər məlumatlar:
Əmək haqqı təcrübədən asılı olaraq aylıq 2000-2500 AZN məbləğində müəyyən ediləcək. İki aylıq sınaq müddəti tədbiq ediləcək. Maraqlanan şəxslər mövzu xanasında müraciət edilən vəzifənin adını mütləq şəkildə qeyd etməklə, əvvəlki təcrübə haqqında ətraflı məlumat və şəkil əlavə edilmiş CV-ni 11 oktyabr 2022-ci il saat 13:00-dək [email protected] e-poçt ünvanına göndərə bilərlər.  

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı