Mingəçevirdə Beynəlxalq Ailə gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region fəalları Xədicə Mustafazadə, Bətül Abbaslı, Nihan Cavadlı, Ayan Nəbiyevanın təşəbbüsü, Mingəçevir şəhər region nümayəndəsi və region fəallarının iştirakı, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Təhsil Sektoru və Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Uşaq Gənclər İnkişaf Mərkəzində 15 may Beynəlxalq Ailə günü ilə əlaqədar olaraq tədbir keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə "Ailə nədir?" "Güclü ailənin əsası necə qoyulur ?" "Ailə dəyərlərinə sahib çıxmaq üçün nə etməli ?"və bu kimi suallar cavablandırılıb.
Daha sonra ədəbi-bədii kompozisiya nümayiş olunub.Şagirdlərin ifasında musiqi və şeir nömrələri dinlənilib.