İş elanı - Lahiyə Köməkçisi

Tarix: 30 sentyabr 2022-ci il
Vəzifə: Lahiyə Köməkçisi
Yer: Bakı, Azərbaycan
Vəzifə öhdəlikləri:
• Layihələrin idarə edilməsində köməklik göstərmək;
• Görüşləri və təlimləri təşkil etmək;
• Müvafiq sənədləşdirmə və əlaqələndirmə işini aparmaq (məktublar göndərmək və zənglərə cavab vermək və s.);
• Təqdimatlar hazırlamaq;
• Sənədləri tərcümə etmək;
• Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
Namizədə olan tələblər:
• Ali təhsil;
• QHT sektoru ilə tanışlıq;
• Ən azı 2 il iş təcrübəsi;
• Korporativ müştərilərlə işləmək bacarığı;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Mükəmməl Azərbaycan dili;
• Orta səviyyədə İngilis dili;
• Sosial media ilə işləmək bacarığı;
• Standart MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarıqları (Word, Excel, və s.).
Digər məlumatlar:
Əmək haqqı 1000-1200 AZN. Vəzifə 1,5 il üçün elan edilir. Maraqlanan şəxslər mövzu yerində müraciət edilən vəzifənin adını mütləq şəkildə qeyd etməklə, əvvəlki təcrübə haqqında ətraflı məlumat və şəkil əlavə edilmiş CV-ni 06 oktyabr 2022-ci il saat 13:00-dək [email protected] email-nə göndərə bilərlər.