Xəbərlər 16.12.2022 13:18 1701

Şuşa ilə bağlı sənədli filmin və saytın təqdimatı olub

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin “Şuşa ili” müsabiqəsi çərçivəsində həyata keçirdiyi "Şuşanın virtual təbliği" layihəsi başa çatıb. 

 

QHT.az "Report" a istinadən xəbər verir ki, dekabrın 15-də Şuşa Dövlət Musiqili Dram Teatrında layihənin yekunlarına həsr olunan tədbir keçirilib. 

 

Layihə çərçivəsində musiqişünas, araşdırmaçı alim Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında "Söhbət Şuşadan gedir", “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmləri çəkilib.

 

Eyni zamanda shushainfo.com saytı yaradılıb. Saytda Şuşa şəhərinin tarixi, tarixi-mədəniyyət abidələri, eksponatları, Şuşa rayonunda yazıb-yaratmış tarixi şəxsiyyətlər, erməni quldurlarının işğal dövründə şəhərdə yaşayış və qeyri-yaşayış binalarına, eləcə də təbiətinə vurduğu ziyan, Azərbaycanın mədəniyyət paytaxtının iqtisadiyyatı, statistikası, işğaldan azad olunandan sonra şəhərin bərpası istiqamətində görülmüş işlər haqqında məlumatlar yerləşdirilib.

 

Qeyd edək ki, sənədli filmlərin rejissoru Vüqar Əlisoy, saytın proqramçısı isə Xaqan Məhərrəmovdur.

 

Xatırladaq ki, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa ili” müsabiqəsi çərçivəsində "Şuşanın virtual təbliği" layihəsi həyata keçirib. Layihənin rəhbəri Anar Xəlilovdur. 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı