Biologiya müəllimi Aygün Əhmədova sertifikasiya imtahanında yüksək nəticə göstərdi
Əslən, Qərbi Azərbaycanın Vedi rayonundan olan Əhmədova Aygün Nizami qızı Elm və Təhsil Nazirliyi tərəfindən Biologiya fənni üzrə keçirilmiş sertfikasiya imtahanında yüksək nəticə göstərmişdir.
Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyada Biologiya müəllimi kimi fəaliyyət göstərən A.Əhmədova, bir neçə dəfə təhsil sahəsindəki yüksək nailiyyətlərinə görə mükafatlandırılmışdır.
- AR Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, ARTİ, AZİ və İSEF tərəfindən IX-XI sini şagirdləri arasında “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində nəaliyyət qazanmış şagirdlərin elmi layihəsinə rəhbərlik etdiyinə görə
- Sumqayıt şəhəri Gənclər və İdman Baş İdarəsi tərəfindən 2011-ci ildə “İlin gənc müəllimi”
- AR Elm və Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işçisi K-146 №li əmr ilə döş nişanına layiq görülmüşdür.
Bununla yanaşı, A.Əhmədova bir çox beynəlxalq sertfikatlara layiq görülmüşdür. Müəllimlik fəaliyyəti ilə yanaşı, A.Əhmədova Sumqayıt şəhərinin ictimai həyatına xüsusi töfhələri ilə seçilmiş, gənclərimizin vətən, millət və dövlətçilik ideologiyası ətrafında sıx birləşməsinə hər zaman dəstək olmuşdur.