Xəbərlər 03.07.2025 14:15 108

"Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq!" - QHT sədri / FOTOLAR

Gənc Vətənpərvərlər Ictimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Gələcəyimizə Narkomaniya Girməsin" adlı layihə çərçivəsində “Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq” mövzusunda semnar keçirilmişdir.                                                                                  

QHT.az xəbər verir ki, tədbir  Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin  ruhunu bir dəqiqəlik skutla yad edildi. Layihə rəhbəri, ictimai  xadim, Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi, Kömrük Komitəsinin yanında İctimai Şuranın üzvü Müqamət Əliyev tədbir iştirakçılarını salamladı və layihə cərcivəsində keçirilən tədbirlərdən onun mahiyyətindən danışdı. Sonra o, qeyd etdi ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən və icra olunan layihənin mahiyyətindən ətraflı danışaraq qeyd edərək bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər.

Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Narkotik maddə təkçə onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir. Qeyd etməliyik ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir.  Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir.

Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər. İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir. Tədbirdə Qara-Qaplan karate-do klubun  baş məşqçisi, Əməkdar məqici, Beynəlxalq dərəcəli hakim, Milli yığma  komandada qadınlardan ibarət yığmanın baş məşqicisi, karate –do üzrə 5-ci Dan qara kəmər ustası Şahin Xudaverdiyev, 9 saylı Uşaq Gənclər İdman məktəbinin məşqçisi Seymur Xudaverdiyev “Göyərçin” TİDİB sədri Gülnarə Vəlixanlı, müəllimə Nərgiz Quliyeva, veteran idmançı Kərimov Teymur və digərləri mövzu ilə bağlı geniş ətraflı danışaraq bildirdi ki, Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar.

Diqqətə çatdırılıb ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar. Tədbirdə narkomaniya, QİÇS və İİV təbliğ olunması haqqında ümumi anlayış və terminalogiya mövzularında geniş ətraflı maarifləndirici diskusiya aparıldı. Sonda əsrin bəlası narkomaniya, QİÇS və İİV əks etdirən video çarx nümayiş olunub. Layihə iştirakçıları əsasən 14-17- yaş arası olan gənclərdən ibarət olub. Tədbirdə Qara-Qaplan və 9 saylı Uşaq Gənclər İdman məkətbinin idmançıları, könüllü həkim narkoloq N.Kərimli, ictimaiyyət nümayəndələri, GVİB-n İdarə Heyəti və könüllülər iştirak ediblər.

Qeyd edək ki, layihə  Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyin maliyə yardımı  ilə həyata keçirilir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı