Xəbərlər 30.01.2023 20:31 12331

A.Aslanova: “Xaricdə təhsil mərkəzlərinin sayı artdıqca dələduzluq halları da artır”

QHT.az  Bugun.tv-ə istinadən  Xaricdə Təhsil Eksperti , Pilgrim EDU Təhsil Mərkəzinin təsisçisi Aisa Aslanovayla müsahibəni təqdim edir…

 

–Bildiyimiz kimi gənclərdə xaricdə təhsilə qarşı maraq artdıqca Xaricdə Təhsil üzrə Mərkəzlərin sayı da çoxalır. Buna görə də dələduzluq halları müxtəlif formalar almağa başlayır. Bəs bu hallar hansı formada baş verir?

 

İlk olaraq onu deyək ki, bu bir neçə səbəbdən baş verir.

 

Çünki bəzi mərkəzlər rəsmi deyil və ona görə də onların müqavilələri də rəsmi olmur. Tələbə bu kimi şirkətlərlə müqavilə bağladığı zaman öz işini təhlükəyə atmış olur

Bəzən də xaricdə təhsil aldıqları üçün ətrafdakı dost-tanışlara “xaricdə təhsil üzrə” xidmət təklif edirlər. Bu kimi şəxslərlə iş hər-hansı müqaviləsiz olduğu üçün təhlükəlidir. Bəzi mərkəzlər tələbələri rəsmi olmayan müəssisələrə göndərirlər, bu halda isə diplom tanınmır

 

Bəzi mərkəzlər heç bir dil biliyi və əlavə göstərici olmadan ABŞ kimi ölkələrə tələbələri göndərirlər. Bu hallarda tələbəyə saxta sənəd verilir

 

Bəzi mərkəzlər tələbələrin sənədlərini fotoşopla redaktə edirlər. Bu tamamilə yolverilməz haldır, çünki siz qəbul olduqdan sonra rəsmi sənədi onsuz xaricə gətirməli olacaqsınız

 

–Bəs bu kimi hallarla rastlaşmamaq üçün nələrə diqqət etmək lazımdır? 

 

Bir neçə amilə diqqət etmək lazımdır:

 

Konsultasiyada iştirak etmək lazımdır. Həmin konsultasiyada verilən suallara fikir vermək. Konsultant mütləq tələbənin göstəricilərini bilməlidir, ixtisasla bağlı biliyə sahib olmalıdır

 

Şirkətin real nəticələri paylaşılmalıdır, səhifələrini incələmək lazımdır

 

Şirkətin sizə qarşı münasibətini analiz etmək. Sizin üçün ən yaxşı təklifləri edirlər, yoxsa yalnız əməkdaşlıq etdikləri müəssisələri yönəldirlər

 

–Hansı məqamlar şirkətdən asılı deyil? Şirkət hansı vədləri verməli deyil?

 

Təqaüd. Heç bir şirkət təqaüdə 100% qarantiya verə bilməz

 

Müsahibə və ya test. Şirkət bu mərhələyə hazırlaya bilər, lakin nəticəsinə cavabdeh deyildir

 

Viza. Heç bir şirkət viza almağınıza 100%-lik qarantiya verə bilməz

 

Tələbənin göstəriciləri mütləq şəkildə nəzərə alınmalıdır və uyğun olmadığı təqdirdə vədlər verilməməlidir


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı