Qrantlar 10.02.2023 21:41 7882

“Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi - ELAN

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi elanı.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi elan edir. 

Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/  proqramı vasitəsi ilə qəbul ediləcək. 

Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixdən 2 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.

 

Azərbaycan Respublikasının

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

 “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasınınicrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin

 ELANI

 

            Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) QHT-ləri “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasınınicrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsində iştirak etmək üçün dəvət edir.

Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:

  • Qərbi Azərbaycanlılarının pozulmuş hüquqlarının bərpası və onların doğma torpaqlarına qayıdışı hüququ haqqında  beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
  • “Ümummilli Lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda təşəbbüslər;
  • Qərbi Azərbaycan haqqındam tarixi həqiqətlərin araşdırılması və təbliği istiqamətində təşəbbüslər;
  • Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsinin tanıdılması istiqamətində multimedia məhsullarının istehsalı, elektron resursların yaradılması;
  • Qərbi Azərbaycanlıların hüquqlarının beynəlxalq müstəvidə tanınması istiqamətində təşəbbüslər;
  • Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması faktlarının beynəlxalq müstəvidə təbliği ;
  • Qərbi Azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində təşəbbüslər;
  • Qərbi Azərbaycanın ədəbi mühitinin tədqiqi və təbliği;
  • Qərbi Azərbaycandan olan elm, mədəniyyət , dövlət və ictimai xadimlərin tanıdılması;
  • Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi – memarlıq abidələrinin, mədəni irsinin tanıdılması istiqamətində təşəbbüslərin dəstəklənməsi;
  • Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti ilə əlaqədar ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Çin) ictimai vəkillik təşəbbüsləri

 

Layihələrin müddəti

  • Layihələrin müddəti 6 aya qədər (layihələr 1 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır) ola bilər.

 

Qrantın məbləği

  • Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 30 000 (otuz min) manatdır.

 

QHT üçün tələblər

  • Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  • Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
  • Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.

 

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:

  • Layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
  • layihənin ideyasının düzgün əsaslandırılması;
  • layihənin məqsəd və vəzifələrinin aydınlığı;
  • layihənin mövzusunun aktuallığı;
  • layihənin innovativliyi;
  • layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
  • layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
  • maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
  • QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi;
  • layihə üzrə risklərin təhlili;
  • layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
  • layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət etdiklərini göstərməsi;
  • layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;
  • müsabiqədə iştirak edəcək QHT-lərin 1 aprel 2023-cü ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır;
  • Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olmalıdır.      

 

Ərizələrin təqdim olunması üçün texniki tələblər

  • QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;
  • Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.  

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar

  • Ərizə forması (elektron forma elana əlavə olunur),
  • Layihə təklifi (elektron forma elana əlavə olunur),
  • Fəaliyyət planı(elektron forma elana əlavə olunur),
  • Xərclər smetası (elektron forma elana əlavə olunur),
  • Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
  • Reyestrdən çıxarış,
  • Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri),
  • VÖEN (sənədin hər iki üzü),
  • QHT-nin bank rekvizitləri,
  • QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü),
  • QHT rəhbərinin CV-si
  • QHT-nin mühasibinin CV-si.

 

Ərizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər

  • Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
  • Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;

 

QEYD:

  • Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.

 

 Müsabiqənin prosedur qaydaları

Müsabiqə üzrə ərizələrin qəbulu 10 fevral 2023-cü il tarixindən – 02 mart 2023-cü il saat 18:00 tarixinədək elektron qaydada həyata keçirilir.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 fevral 2023-cü il saat 15.00-da ZOOM platformasında keçiriləcək.

Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:

https://us02web.zoom.us/j/86096911527?pwd=YmlnVXB2ZUxZYUFPZzZxZFBFblFDUT09

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşı Ülkər Süleymanovaya müraciət etmək olar: 

[email protected],

 

 01. Müsabiqə elanı - Qərbi Azərbaycan.doc 

02. Ərizə forması.docx 

03. Layihə təklifi.docx 

04. Fəaliyyət planı.doc 

05. Xərclər smetası.xls


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı