Xəbərlər 17.02.2023 22:35 2119

FTB-nin kompüter şəbəkəsinə kiberhücum - ÖZƏL


ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) kompüter şəbəkəsinə kiberhücumun həyata keçirildiyi və bürosun hücuma nəzarət etməyə çalışdığı bildirilib.

QHT.az xəbər verir ki, Amerika mətbuatına açıqlama verən FTB qaynaqları, son günlərdə büronun kompüter şəbəkəsinin bir hissəsinə kiber hücumla daxil olduğunu açıqlayıb.

CNN-ə məlumat verən, lakin adının açıqlanmasını istəməyən FTB rəsmiləri, hakerlərin büronun uşaqlara qarşı cinsi zorakılıq görüntüləri ilə bağlı araşdırmasında istifadə edilən kompüter sistemlərinə daxil olduqlarını bildiriblər.

Səlahiyyətlilər, hücumdan təsirlənən bölmənin FTB-nin ən böyük və yüksək profilli ofislərindən biri olan FTB-nin Nyu-York Sahə Ofisi ilə əlaqəli olduğunu söylədi.

"FTB insidentdən xəbərdardır və insidentlə bağlı əlavə məlumat əldə etməyə çalışır", - FTB-nin press-relizində deyilir.

Bu, idarə olunan və təcrid olunmuş bir hadisədir. İstintaq davam etdiyinə görə, FTB hələlik əlavə şərh verməyəcək”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı