Xəbərlər 13.05.2025 15:20 56

Deputat: "Cəzaçəkmədən azad olunanlara verilən müavinətin məbləği artırılıb"

Bu ildən cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin məbləği 1380 manatdan 1600 manata yüksəldilib.

QHT.az xəbər verir ki, bu barədə Deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, müavinət minimum əməkhaqqının dörd misli həcmindədir və müraciət prosesi sadələşdirilib:

"Bu hüquqa malik şəxslərin sayı çox olsa da, onlardan çox azı bu imkandan yararlanır. Müraciət üçün şəxsiyyət vəsiqəsinin surəti, penitensiar müəssisənin arayışı və məhkəmə qərarı kifayətdir. Qanuna əsasən, ödənişlə bağlı müraciətə 10 gün ərzində baxılır. Əlavə olaraq, əgər şəxs son 3 il ərzində azad edilibsə və müraciət etməyibsə, geriyə dönük olaraq da müavinət ala bilər".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı