İlon Mask rəqs edən robotu nümayiş etdirir - VİDEO
Satışın 2026-2027-ci illərdə başlanması planlaşdırılır.
QHT.az xəbər verir ki, İlon Maskın paylaşdığı videoda Tesla-nın insanabənzər robotu Optimus rəqs edir. Real görüntü olan bu video gücləndirmə öyrənməsi (Reinforcement Learning) ilə əldə edilib. Mask bu səhnəni "erkən nəticə" adlandırıb və gələcəkdə daha çox rəqs nümayiş olunacağını bildirib.
İlk dəfə 2021-ci ildə təqdim edilən Optimus prototipi əvvəlcə müstəqil hərəkət edə bilmirdi. İndi isə yerimək, əşyaları daşımaq və digər robotlarla əməkdaşlıq kimi bacarıqlar əldə edib. Gələcəkdə bu robotların alış-veriş, it gəzdirmə kimi gündəlik işləri yerinə yetirməsi nəzərdə tutulur. Satışların 2026-2027-ci illərdə, ~20.000 dollarlıq qiymətlə başlanacağı gözlənilir. Mask, həmçinin Optimusu Mars missiyasına da daxil etməyi planlaşdırır.
R.İmanov