Xəbərlər 03.03.2023 20:49 1328

İsrail Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün 630 çadır göndərib - ÖZƏL

 İsrail Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə 630 çadır göndərib.

QHT.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, çadırlar nazirliyin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (Mashab) vasitəsilə Adanaya çatdırılıb.

İsrailin Türkiyədəki səfirinin müavini Nadav Markmanın da qatıldığı mərasimdə çadırların AFAD rəsmilərinə təhvil verildiyi bildirilib.
Yardımın təxminən iki həftə əvvəl İsrailin xarici işlər naziri Eli Koenin Türkiyəyə səfərindən sonra edildiyi və bölgədə hökm sürən əlverişsiz hava şəraitində çadırlara ehtiyacın ön plana çıxdığı qeyd edilib.

Çadırların zəlzələdən zərər çəkmiş bölgələrdən biri olan Osmaniyedə qurulacağı bildirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı