Xəbərlər 13.03.2023 22:42 1399

Saatlının iki kəndində etiraz aksiyası keçiriblər 

Saatlının iki kəndinin - Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə görə etiraz aksiyası keçiriblər. Onlar polisin onlara güc tətbiq etdiyini bildirir. 

 

DİN isə açıqlama yayaraq bildirib ki, onlar yolu bağlamağa cəhd ediblər. Əraziyə gələn polis əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatının nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. 

 

Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı