Qriqoryan KTMT baş katibi ilə sərhədi müzakirə etdi
Ermənistanda səfərdə olan KTMT Baş katibi İmanqali Tasmaqambetov bu ölkənin Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanla görüşüb.
QHT. az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Məlumata görə, görüş zamanı Tasmaqambetov Qriqoryana Qırğızıstan - Tacikistan sərhədinin delimitasiya prosesini təqdim edib.
Qriqoryan da Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı KTMT baş katibini məlumatlandırıb.