Xəbərlər 18.03.2023 14:39 675

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

16.03.2023-cü il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni Fizioterapevtik və Reabilitasiya kabinetlərinin açılışı olub.

 

Kabinetlər bütün zəruri avadanlıqlarla təmin edilib. Yeni kabinetlərin fəaliyyətə başlaması hemofiliya və digər qanın laxtalanması pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

 

Kabinetlərin açılışından sonra Lənkəran və ətraf rayonlardan olan həkimlər üçün elmi seminar keçirilib.

 

Seminarda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev, TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov, Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev çıxış edib. Onlar vətəndaş məmnunluğunun, tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görüləcək işlərə davam ediləcəyini bildiriblər.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov çıxışında Assosiasiyanın fəaliyyəti və dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlığın faydalı nəticələri barədə məlumat verib.

 

Seminarın elmi hissəsində Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə, Respublika Klinik Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Yeganə Əzizova və Yeni Klinikanın həkim-hematoloqu Sevil Cəlilova praktik təqdimatlarla çıxış ediblər.

 

#Səhiyyə #Sağlamlıq #Pasiyent #Hemofiliya #Fizioterapiya #TƏBİB #İTS #Hemophiliya #NovoNordiskHaemophiliaFoundation #HemofiliyaAzərbaycan #Azerbaijan #Azərbaycan


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı