Süni intellekt insanda demansın spesifik formasını müəyyən etməyə kömək edə bilər
Yeni bir araşdırmaya görə, süni intellektlə işləyən StateViewer aləti həkimlərə demansın növünü, o cümlədən Alzheimer xəstəliyini daha dəqiq müəyyən etməyə kömək edir.
QHT.az xəbər verir ki, tədqiqatçılar bu alətin 88% hallarda demans növünü müəyyən etməyə yardımçı olduğunu açıqlayıb. Alət beyin skanlarını analiz edərək demansın müxtəlif növlərinə uyğun beyin nümunələrini tapır. Mayo Klinikasından Devid Con alətin daha dəqiq müalicələrə və nəticədə xəstəliklərin gedişatını dəyişdirməyə kömək edə biləcəyini vurğulayıb. Tədqiqatçılar AI-nı 3600-dən çox beyin skanerində öyrədərək, onun demansın doqquz növünü ayırmağa qadir olduğunu göstəriblər. Mayo Clinic bu alətin istifadəsini genişləndirməyi və müxtəlif klinik şəraitdə sınaqdan keçirməyi planlaşdırır.
R.İmanov