Xəbərlər 28.03.2023 20:55 1766

BOK beynəlxalq yarışlarda rusiyalı idmançıların forması ilə bağlı tələblər irəli sürüb - ÖZƏL

Qht.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarının beynəlxalq yarışlarda forma geyinməsinə dair tələblər irəli sürüb.

“Beynəlxalq yarışlarda iştirak etmək üçün Rusiya idmançılarının forması tamamilə ağ və ya bir rəngli olmalıdır”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, BOK İcraiyyə Komitəsi rusiyalıların beynəlxalq yarışlara buraxılması məsələsini martın 28-də müzakirə etməyi planlaşdırırdı.

Yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi Ukraynada keçirilən xüsusi əməliyyata dəstək ifadə etməyən rusiyalı idmançıların neytral statusda beynəlxalq yarışlarda iştirakına icazə verilməsi imkanını nəzərdən keçirdiyini açıqlayıb.

Həmçinin Qərb dövlətləri ruslar üçün neytral statusun müəyyənləşdirilməsi üçün dəqiqləşdirmələr tələb ediblər.

Keçmiş idmançı, idman şərhçisi Yolanda Çen bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin qarşıdakı iclasında Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılması ilə bağlı qərarın qəbul olunmayacağı ilə bağlı fikirlərini bildirmişdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı