Xəbərlər 09.05.2025 15:51 44

Azərbaycan və Mərakeşin məşğulluq orqanları arasında əməkdaşlıq sənədi imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Mərakeş Krallığının İqtisadi İnklüzivlik, Kiçik Biznes, Məşğulluq və Bacarıqlar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məşğulluğun və Bacarıqların Təşviqi üzrə Milli Agentlik arasında əməkdaşlıq üzrə 2025–2026-cı illəri əhatə edən Fəaliyyət Planı imzalanıb.

Fəaliyyət Planının imzalanma mərasimi Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) tərəfindən Kot-d'İvuar Respublikasının Abican şəhərində keçirilən Dünya Konqresi çərçivəsində baş tutub.

Qarşılıqlı əlaqələrin və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə imzalanan Plan aktiv məşğulluq tədbirləri, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması peşə hazırlığı, işsiz şəxslərin, xüsusilə gənclərin məşğulluq imkanlarının artırılması və karyera məsləhəti xidmətlərinin göstərilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.

 

Əməkdaşlıq çərçivəsində iki qurum arasında qarşılıqlı tanışlıq səfərlərinin, birgə tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı