Xəbərlər 28.03.2023 21:45 1303

ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları PUA ilə bağlı vəziyyətdən sonra pisləşdi - ÖZƏL

MQ-9 pilotsuz təyyarəsinin düşməsi ilə bağlı insidentdən sonra ABŞ-ın pilotsuz uçan aparatlarının (PUA) Qara dəniz bölgəsində marşrutlarının dəyişdirilməsi ölkənin kəşfiyyat məlumat toplama imkanlarını məhdudlaşdırıb.

Qht.az xəbər verir ki, bu barədə CNN Pentaqondakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbə CNN-ə deyib: “Bu (marşrutun dəyişdirilməsi) bizim kəşfiyyat məlumatlarını toplamaq qabiliyyətimizi mütləq məhdudlaşdırır”.

Adı açıqlanmayan digər ABŞ rəsmisinin sözlərinə görə, Amerika tərəfinin bu cür tədbirləri Rusiya ilə birbaşa qarşıdurmaya səbəb ola biləcək insidentlərin qarşısını almaq məqsədi daşıyır.

Bundan əvvəl ABŞ-ın Qara dənizə düşən “Reaper” pilotsuz təyyarəsi ilə insidentdən sonra “Global Hawk” strateji pilotsuz təyyarələrinin uçuş marşrutlarını dəyişdirdiyi bildirilirdi.

Martın 17-də ABŞ-ın strateji pilotsuz təyyarələrindən biri yenidən Qara dəniz üzərindəki hava məkanına gəlib, Siciliyadakı bazadan Krım bölgəsinə müntəzəm olaraq kəşfiyyat əməliyyatları həyata keçirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı