Xəbərlər 11.04.2023 12:01 2294

“Mədəniyyət fədaisi” filmi təqdim edilib - FOTO/VİDEO

Aprelin 8-də Lənkəranda Azərbaycanın görkəmli mədəniyyət xadimi Şövkət Səfərovanın anadan olmasının 90 illiyinə həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib. Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şövkət Səfərovanın ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

 

Şəhidlərimizin bir dəqiqəlik sükutu ilə başlanan tədbiri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov açıq elan edib və səbəbkar haqqında fikirlərini bölüşüb. Ş.Səfərovanın gördüyü işlər və şərəfli həyat yolu haqqında filologiya elmləri doktoru, professor Yədulla Ağazadə də geniş çıxış edib. 

 

Daha sonra çıxış üçün söz rejissor Anar Kəkəyev və ssenarist Tural Kərimova verilib. Onlar da ərsəyə gətirdikləri film barədə qısa məlumat verdikdən sonra “Mədəniyyət fədaisi” adlı sənədli film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı