Xəbərlər 25.04.2023 09:05 2710

“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İB “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsinin yekun tədbirini keçirib - FOTO

“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsinin yekun tədbiri baş tutdu.

QHT.az xəbər verir ki, Tədbir benefisiarların uğurlu sahibkar qadınla görüşünün təşkili ilə başladı. Görüş çərçivəsində Neftçala rayonunda sahibkarlıqla məşğul olan Mehriban xanım Dadaşova qazandığı uğurun sirləri barədə məlumatları iştirakçılarla bölüşdü.
 

Tədbir dəyirmi masa ətrafında müzakirələrlə davam etdi. Sahibkar olmaq arzusunda olan qadınlarla işaxtaranların şəbəkə görüşü təşkil olundu. Onlar hədəfləri və məqsədə çatma yolları barədə fikir bölüşdürdülər, öyrəndiklərini paylaşdılar.
 

Tədbir sertifikatların təqdimatı ilə yekunlaşdı. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı