Xəbərlər 18.05.2023 10:22 1291

Ermənilər Azərbaycana qarşı döyüş PUA-ları tətbiq etdi

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

 

QHT. az bildirir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

 

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

 

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı