Xəbərlər 22.05.2023 00:10 2972

“Ərkivan” (Masallı) FK üçüncü qələbəsini qazanıb

Komanda səfərdə “Gənclər FM”i 4:0 hesablı məğlubiyyətə uğradıb

 

Azərbaycan Həvəskarlar Futbol Federasiyası 2022-2023-ci illər mövsümünün XXIV ölkə birinciliyi çərçivəsində növbəti turun oyunları keçirilib.
Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu səfərdən qələbə ilə geri dönüb. 
Mayın 21-də Bakı şəhərində, “Abşeron OİK” stadionunda “Gənclər FM” (Bakı) komandası ilə qarşılaşma maraqlı anlarla yadda qalıb. Belə ki, ilk hissədə heç-heçə qeydə alınsa da fasilədən sonra tam üstünlüyü ələ alan masallılar rəqib qapısından 4 cavabsız top keçiriblər. Gənc futbolçulardan Rəfail Həsənov, Rəhman Murtuzayev, Hüseyn Bayramov və Ruslan Tağızadə fərqləniblər.
Beləliklə, üçüncü oyununu da qələbə ilə başa vuran “Ərkivan” FK “D” qrupunda 9 xalla liderliyini möhkəmlədib.
Masallı təmsilçiləri növbəti oyununu səfərdə, mayın 28-də “Atletik” (Bakı) ilə keçirəcək.

 

Akif AĞAYEV,                        
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı