Xəbərlər 24.05.2023 11:54 1537

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

 

Agentliyin rəhbər heyəti və əməkdaşlarının iştirak etdiyi tədbirdə, əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Agentliyin rəisi Nicat Əliyev və digər çıxış edənlər müstəqil dövlətimizin qurulması və tərəqqisində Heydər Əliyevin tarixi rolundan, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, iqtisadi yüksəliş bəxş edən Ulu Öndərin mənalı həyat və fəaliyyətindən bəhs ediblər.

 

Çıxışlarda respublikamızın nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün nüfuzlu beynəlxalq təşkilat olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olması xüsusi vurğulanıb. Qeyd edilib ki, bu uğurlu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilir və ölkəmiz milli və regional layihələrdə fəal iştirak edir.

 

Həmçinin, “Heydər Əliyev İli” çərçivəsində Agentliyin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyi ilə yaxından tanış olublar. Agentliyin əməkdaşlarına Muzeydə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən eksponatlar haqda geniş məlumat verilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı