Xəbərlər 31.05.2023 12:26 944

“Yəhudi vətəndaşlar Azərbaycanla çiyin-çiyinə vuruşublar”

İsrail prezidentinin Azərbaycana səfəri çox önəmli hadisədir. İsrail-Azərbaycan münasibətləri uzun müddətdir ki, yüksək səviyyədədir. Diplomatik,iqtisadi, humanitar xüsusilə hərbi müdafiə sənayesində əlaqələrimiz yüksəkdir.

 

QHT. az bildirir ki,  bu fikirləri “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Herbiand.az-a açıqlamasında bildirib.

 

“İsrail yeganə ölkələrdəndir ki, yüksək texnologiyalarla əldə etdiyi silahları Azərbaycana verir. Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasə və qorunması üçün önəmlidir.

 

Azərbaycanda yaşayan yəhudilərə hər zaman yüksək diqqət və qayğı olub. Buradan İsrailə qayıdan və orada müxtəlif işlərdə çalışan yəhudilər hər zaman söyləyir. II Qarabağ müharibəsində bizə çox dəstək oldular. İsrail Azərbaycanın haqq işini birmənalı dəstəklədi. Eyni zamanda, l və II Qarabağ müharibəsində yəhudi vətəndaşlar Azərbaycanla çiyin-çiyinə vuruşublar. Buranı müqəddəs vətən hesab ediblər. Albert Aqarunov Azərbaycanın ən yüksək fəxri adı olan Azərbaycanın Milli Qəhrəmanı adını almışdır. 

 

İsraillə Azərbaycanın əməkdaşlığı bütün sahələrdə dərinləşir. Cari ildə Azərbaycanın İsraildə səfirliyinin açılması çox əlamətdar hadisə idi. İsrail dünyada elm və texnologiyanın inkişafına görə özünəməxsus ölkədir. Dünya dövlətləri arasında güclü lobbisi var. Bu lobbi Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında önəmli rol oynayıb. Azərbaycan diaspor fəaliyyəti də çox yüksək səviyyədədir. İsrail yeganə ölkədir ki, orada diaspor işini İsrail elə özü aparır. İsrail tibbi baxımdan çox inkişaf edib. Bizim iqtisadi dövriyəmiz 1,7 dollardır və bunun artırılması üçün prezidentlər qarşıya məqsəd qoyub. Eyni zamanda İsrail Azərbaycan neftini alır. İsraillə münasibətlər arasında Azərbaycan ilk 5-likdədir. Bu da çox önəmli hadisədir. Hesab edirəm ki, münasibətlərin dərinləşməsi hər iki ölkə üçün önəmlidir. Hər iki dövlətin bir-birinə ehtiyacı var. Azərbaycanla İsrail arasında müsbət münasibətlərin əsasını ulu öndər Heydər Əliyev qoyub. İsrailin lobbisinin Azərbaycanın haqq işinə dəstək verməsi təqdirəlayiq addımdır. Azərbaycanın yəhudi icmasına münasibəti birmənalı olub. İsrailin enerji təchizatı ilə təmin edilməsi İsrail üçün çox önəmlidir. İsrailin az sayda müsəlman ölkələri ilə xoş münasibətləri var. Demək olar ki, elə birincisi Azərbaycandır. 

 

İsraillə Türkiyənin münasibətlərinin yaxşılaşmasında Azərbaycan dövlətinin və prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri var. İsraillə Azərbaycanın münasibətlərinin yüksələn xəttlə inkişafı həm İsrail, həm Azərbaycan, həm də region ölkələri üçün önəmli və əhəmiyyətlidir. . Sülh, təhlükəsizliyə əmin amanlıq üçün də önəmli hadisədir”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı