Xəbərlər 05.06.2023 12:50 1355

Əl Cəzirə Sənədli Filmlər kanalının rəhbərliyi BAMF-ın dəvəti ilə Azərbaycanda səfərdədir - FOTOLAR 

İyunun 5-də Əl Cəzirə Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərə gəliblər. 

 

Səfər çərçivəsində ilk olaraq BAMF-ın baş ofisini ziyarət edən qonaqlara təşkilatın fəaliyyəti ilə bağlı məlumat verilib. Daha sonra Əl Cəzirə rəsmilərinin səfər proqramı, Azərbaycanda keçirəcəkləri rəsmi görüşlər, region səfərləri və müxtəlif istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub. 

 

Bu tərəfdaşlıqlar çərçivəsində ilkin olaraq Azərbaycanın mina problemi və minadan zərərçəkənlərlə bağlı hekayələrin və Azərbaycan haqqında təqdimat çarxlarının hazırlanması nəzərdə tutulub. İyunun 11-dək davam edəcək səfər zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ Xüsusi nümayəndəliyi, Dövlət Turizm Agentliyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və digər rəsmi qurumların rəhbərlikləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. 

 

Qeyd edək ki, bu əməkdaşlıq BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında bağlanan anlaşma memorandumuna əsaslanır.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı