Xəbərlər 05.07.2025 19:11 88

“Qan ver, həyat bağışla” - Masallıda qanvermə aksiyası

“Qan ver, həyat bağışla” - Masallıda qanvermə aksiyası 

 

İyulun 5-də, Aşura günü ilə əlaqədar Masallı rayonunda könüllü qanvermə aksiyası keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transsfuziya İnstitutunun Mərkəzi Qan Bankının Lənkəran Regional Bölməsi tərəfindən Masallı şəhər “Cümə” Məscidində və Boradigah qəsəbə sahə xəstəxanasında təşkil olunub.
Talassemiya, hemofiliya və digər səbəblərdən qana ehtiyacı olan xəstələrə yardım məqsədilə gerçəkləşən nəcib aksiyada rayonun müxtəlif zümrələrindən olan donorlar fəal iştirak ediblər.
Hər bir donorun sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının tibbi briqadası tərəfindən ətraflı dəyərləndirilib və sağlamlığı qan verməyə imkan verən şəxslərdən qan alınıb.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı