Mövzu yenə futboldur….
Bilirsiniz ki, “Şirvan”FK 2025-ci ildə Reqion liqasında uğurlu çıxışı ilə Final və Play-off mərhələlərini keçərək artıq futbol üzrə müntəzəm AFFA Azərbaycan çempionatında iştirak hüququ qazanıb. Bu böyük bir nailiyyətdir. Bu münasibətlə bir ay əvvəl hamımız bu sevinci yaşadıq və Şirvan şəhəri qələbəni böyük coşqu ilə qeyd etdi.
“Şirvan” FK müstəqil Azərbaycan tarixində Şirvan şəhərinin ilk rəsmi futbol komandasıdır.
“Şirvan” FK müstəqil Azərbaycan tarixində Şirvan şəhərinin Azərbaycan Çempionatında iştirak edəcək ilk futbol komandasıdır.
“Şirvan” FK - müstəqil Azərbaycan tarixində(o cümlədən Sovetlər dönəmində) Şirvan şəhərinin futbol komandası olaraq oyunu mərkəzi televiziyada (CBC Sport) birbaşa canlı yayımlanan ilk komandadır.
Bu “ilk”lər siyahısını davam etdirmək də olar. Amma mən “Şirvan”FK -nun bundan sonra da uğurlu çıxışlarının Şirvan şəhərinin ictimai, sosial, mədəni və hətta siyasi həyatında verəcək töhfələrə toxinacam.
Bilirsiniz ki, Futbol dünyada ən kütləvi və ən çox sevilən idman növüdür.
“Şirvan”FK-nun varlığı və uğurlu çıxışı Şirvanda bir çox sahələrin gələcək inkişafını şərtləndirə bilər:
1. İlk növbədə bu, şəhərin futbol azarkeşlərinə böyük bir hədiyyədir
2. Şəhərdə idmanın kütləviliyinə böyük bir töhfədir.
3. Gənclərin sağlam həyat tərzinin təbliği, pis vərdişlərin qarşısının alınmasına və onların komandada işləmək prinsiplərinin aşılanması böyük təsir edəcəkdir.
4. Şəhərdə iqtisadi aktivliyin canlanmasına böyük təsir edəcək
5. Şəhərin adının yerli və gələcəkdə Beynəlxalq səviyyədə tanıtımıdır
6. Şəhərin idman və digər infrastrukturunun gələcək inkişafıdır
7. Ölkə, o cümlədən beynəlxalq səviyyəli idman və digər kütləvi tədbirlərin Şirvanda keçirilməsi üçün bir motivasiyadır
8. Gələcəkdə Müxtəlif sahələrdə İnvestorların şəhərə çəlb edilməsinə səbəb ola bilər
və s.
Biz bu yola 2021-ci ildə çıxdıq. Əvvəlcə Şirvanda uşaq futboluna diqqət ayırdıq. Ölkə başçısı cənab İlham Əliyevin birbaşa dəstəyi ilə yaradılan və keçirilən “Uşaq futbolunun inkişafı proqramı” çərçivəsində Şirvanda uşaq futbolu festivalları keçirdirdik. Böyük bir rezonans verdi və böyük coşqu ilə qarşılandı. Daha sonra digər müraciətlər və ən nəhayət “Şirvan”FK yarandı. Onu da qeyd edim ki, “Şirvan”FK ötən əsrin 80-ci illərdə mövcud olmuş “Energetik” futbol klubunun varisi deyil( Wikipediada səhfən varis kimi qeyd edilib). “Energetik” futbol klubu şəhərinin sevimli komandası kimi Əli-Bayramlı DRES-i tərəfindən yaradılıb və maliyələşdirilib. “Şirvan”FK isə tam müstəqi bir qurumdur və məqsəd-məramı da Şirvan üçün yuxarıda sadalanan məqsədlərə xidmət etməkdir. “Şirvan” FK-nun yaranması gələcəkdə şəhərin bir neçə digər komandalarının yaranmasını da şərtləndirə bilər. Artıq bu məsələ praktikada özünü göstərdi və “Şirvan OİK” FK-da “Şirvan”FK-dan ayrılaraq yaradıldı. Hesab edirəm ki, gələcəkdə də yeni komandaların yaranması özü rəqabət mühitinə və idmanın kütləviliyinə xidmət edəcəkdir.
Bu gün isə reallıq Şirvan” FK -dır və bütün alqışlar “Şirvan” FK -ya düşür.
Yarandığı 2 il ərzində həvəskarlar və Region liqasında uğurla iştirak edən, indiyədək heç bir rəsmi Sponsoru olmayan “Şirvan” FK yalnız komanda üzvlərinin, rəhbərliyinin, o cümlədən bir neçə futbolu və Şirvan şəhərini sevən insanların maddi, texniki və mənəvi dəstəyi ilə, heç bir təmənna güdmədən bu nəticəni aldı. Şirvan azarkeşlərinə də böyük təşəkkür düşür. Mən öz bilgilərimə əsaslanaraq deyə bilərəm və şahidi də oldum ki, indi tək Şirvan deyil, Bakıda da, ölkəmizin digər bölgələrində də “Şirvan” FK-nı tanıyırlar, oyunlarını izləyərək ona azarkeşlik edirlər.
Əsas məsələ komanda yaratmaq deyil, əsas məsələ nəticədir.
Hesab edirəm ki, alındı. 40 ilə yaxın futbolsuz Şirvana futbol rəsmi olaraq qayıtdı.
İndi isə artıq daha çətin və daha məsuliyyətli mərhələ başlayır. Sentyabr ayından 2025/2026- cı il mövsümünün oyunları başlayacaq. Böyük rəqabət mühitində böyük maddi,texniki,mənəvi və azarkeş dəstəyinə ehtiyac düyülacaqdır.
Hər dəfə Şirvanlılar nastalji olaraq böyük futbolu xatırlayaraq onun bərpasını, qayıtmasını, bir daha var olmasını dillərinə gəririrdilər. Bir var istək, arzu, bir də var “var olmaq”, var olanı yaşatmaq. İstək, arzu bir xəyaldır. Var olmaq isə realliq, reallığı isə qorumaq və yaşatmaq lazımdır. Yaşatmaq üçün isə necə deyərlər “yanmaq gərəkdir”.
Dövlətimiz öz dəstəyini verir. Hesab edirəm ki, "Şirvan" FK yaşaması, mövcudluğu, bir daha Şirvanın bu cür futbolsuzluq dövrü yaşamaması üçün azarkeşlərin, şəhər ictimaiyyətinin istəyi və dəstəyi mütləqdir.
Buna görə də yaxın zamanlarda “Şirvan”FK-nın azarkeşlər və şəhər ictimaiyyəti, daha sonra isə iş adamları ilə görüşü planlaşdırılır.
Əziz dostlar!
Bilirsiniz ki, Dövlətimiz hər zaman idmana dəstək verib. Azərbaycan bu gün dünyada bir idman ölkəsi kimi tanınır. Dövlətimizin futbola, futbolun inkişafına dəstəyi də böyükdür.
03.07.2025 tarixdə AFFA tərəfində təsis edilmiş Futbolun inkişaf fondunun(FİF) İcraçı Direktoru Tural Piriyevlə Şirvanda görüşümüz oldu. Hörmətli Tural Piriyev və fondun əməkdaşları, “Şirvan” FK rəhbər və məşqci heyəti ilə görüşdə gələcək birgə əməkdaşlıq məsələləri müzakirə edildi. Müzakirələrdə mənim tərəfimdən ən yüksək səviyyələrdə dəfələrlə qaldırılan, bu gün də ölkəmizdə idman infrastrukturunun inkişaf prioritetlərinə uyğun olaraq icrasını gözləyən Şirvan şəhərinin Mərkəzi Stadionu ilə bağlı məsələyə də böyük yer ayrıldı. Şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli İlqar Abbasovla görüşdə bütün məsələlər bir daha müzakirə edildi.
"Şirvan"FK -na bu çətin yolda uğurlar arzulayıram.
İltizam Yusifov
Vl çağırış MM Deputatı
T.e.f.Doktoru
Əməkdar Mühəndis