Xəbərlər 04.07.2025 17:59 62

Azərbaycanın yeni urban fəlsəfəsi: Ramil İsgəndərlidən açıqlama

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli WUF13 forumunun Azərbaycanın qlobal urbanizasiya sahəsində lider mərkəz kimi tanınmasına zəmin yaratdığını bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, forumda ağıllı idarəetmə, rəqəmsallaşma və dayanıqlı enerji kimi sahələrdə qabaqcıl ideyalar müzakirə olunacaq:

"Xüsusilə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin təqdimatı xüsusi əhəmiyyət kəsb edəcək. Bu layihələr, post-münaqişə şəhərsalma modeli olaraq dünya miqyasında tanınma potensialına malikdir".

Ramil İskəndərli WUF13-un Bakıda keçirilməsinin Azərbaycanın qlobal urbanizasiya debatlarına fəal iştirakını təmin etdiyini və Azərbaycanın innovativ yanaşmalarla qlobal dayanıqlı inkişaf proseslərindəki rolunu gücləndirəcəyini vurğulayıb: 

"2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi, ölkənin qlobal siyasətdəki mövqeyini daha da möhkəmləndirəcək".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı