Xəbərlər 07.06.2023 12:10 1591

Xorvatiyanın sabiq prezidenti: “Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir”

Minalar Azərbaycan və Xorvatiya üçün ortaq problemdir.

 

QHT.az  “Trend”ə istinadən  məlumatına görə, bu barədə Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda bu gün keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

 

“Azərbaycan bu zamana qədər minatəmizləmə sayəsində doğru addımlar atıb. Xorvatiya da bu sahədə öz təcrübələrini Azərbaycanla bölüşməyə hazırdır”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.

 

Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.

 

Beynəlxalq tədbir çərçivəsində keçiriləcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.

 

İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı