Xəbərlər 09.06.2023 13:38 1718

Çində yollarda çatlar yarandı- DƏHŞƏT

Çinin Tianjin şəhərində bir ərazidən keçən yolda yaranan çatlar səbəbindən 3899 nəfər evlərindən təxliyə edilib.

QHT.az xəbər verir ki, hadisənin "qəfil geoloji fəlakət" olaraq xarakterizə edildiyi və çatların 1300 metrdən çox dərinlikdəki yeraltı boşluqlardan yarana biləcəyi ifadə edilib.

Nadir olduğu bildirilən bu tip çökmənin geotermal quyularda qazma işləri nəticəsində baş verə biləcəyi də bildirilib. Regionda müşahidə və araşdırmalar aparmaq üçün müxtəlif nazirliklərdən 20-dən çox ekspert və 10-dan çox peşəkar qrup cəlb olunub. Hər biri 25 mərtəbəli olan ən azı 3 binada yaşayan 3899 nəfər iyunun 3-dən yaranan çatlar səbəbindən evlərindən təxliyə edilərək yaxınlıqdakı otellərə yerləşdirilib. Sosial mediada paylaşılan görüntülərdə binaların ətrafındakı yolların qabardığı, binalarla torpaq arasında çatların əmələ gəldiyi kameraya əks olunub.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı