Xəbərlər 04.07.2023 11:15 2835

“Türk dünyasının birliyində Heydər Əliyev amili” CASCFEN yeni layihənin icrasına başlayıb

"Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olub.

Bu barədə həmin İctimai Birliyin sədri Nadir Azəri QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, 1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılacaq layihə gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin Türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır: “Yəni layihənin ideyasını Türk dünyasının dərin inteqrasiyasına, türk dövlətləri arasında birliyə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması üçün müxtəlif tədbirlərin, o cümlədən Naxçıvanda və Bakıda beynəlxalq konfransın, həmçinin Azərbaycanda məktəblilər və gənclər arasında mövzu ilə bağlı rəsm müsabiqəsinin keçirilməsi, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk ölkələrindən olan mütəxəssislərin fikirləri əsasında 5 yazının hazırlanması təşkil edir. Həm QHT təmsilçilərinin, həm də türk dövlətlərindən olan aparıcı şəxslərin, media təmsilçilərinin fikirləri əsasında hazırlanmış ümumilikdə 5 məqalənin Azərbaycanın bir neçə aparıcı internet resurslarında, həmçinin, həmin məqalələrin bir neçəsinin də qardaş ölkələrin internet resurslarında dərci nəzərdə tutulub”.

Birliyin sədri həmçinin qeyd edib ki, Orta Asiya respublikalarından olan bir neçə mütəxəssis artıq konfranslara videoçıxışlar göndərəcəklərini bildiriblər: "Eyni zamanda ötən ay səfərdə olduğum qardaş Türkiyənin Anadolu və Eskişehir Osmangazi Universitetlərinin rektoruları ilə də şəxsən görüşdüm. Anadolu Universitetinn rektoru Prof. Dr. Fuat Erdal konfransda iştirak dəvətimizi müsbət dəyərləndirdi. Eskişehir Osmangazi Universitetinin rektoru rektoru, Prof. Dr. Kamil Çolakla görüşümüzdə də Naxçıvan və Bakı konfranslarında Eskişehir Osmangazi Universitetindən də professor-müəllim heyətindən videoçıxışçıların olması arzusunu dilə gətirdik. Cənab rektor da bunu müsbət qarşladı və hazırlıq üçün müvafiq addımların atılacağını dedi.  Bir sözlə həm layihənin, həm də layihə çərçivəsindəki konfransların yüksək səviyyədə keçməsi üçün ötən aydan etibarən mühüm addımlar atmaqdayıq”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı