Masallı taekvondoçuları Şamaxıdan 9 medalla geri dönüblər
Masallı taekvondoçuları Şamaxıdan 9 medalla geri dönüblər
Şamaxı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə taekvondo idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında turnir keçirilib.
İyulun 9-da Şamaxı Olimpiya Mərkəzində təşkil olunan yarışlarda respublikanın şəhər və rayonlarından 20 komanda tərkibində 270 taekvondoçu qüvvəsini sınayıb.
Turnirdə 15 idmançı ilə təmsil olunan Masallı komandası uğurlu nəticə əldə edib. Rayon Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi Sadiq Ağayevin yetirmələri turnirdə 9 medal qazanmağa müvəffəq olublar. Taekvondoçulardan Füzuli Musayev (21 kq), Zəhra Hüseynova (27 kq), Zaur Rəsulzadə (30 kq), Hüseyn Sadıqlı (33 kq), Mətləb Əliyev (49 kq), Murad Məmmədov (48 kq) birinci, Aysun Əliyeva (37 kq) ikinci, Şəhanə Baxşiyeva (41 kq) və Ədiş Cəlilov (41 kq) üçüncü yerə layiq görülüblər.
Qaliblər müvafiq dərəcəli medal və diplomlarla təltif olunublar.
Akif AĞAYEV