Krım körpüsündə partlayış - FOTO
Krım körpüsü dəniz qüvvələrinin pilotsuz təyyarələri ilə hücuma məruz qalıb.
QHT.az xəbər verir ki, hücum Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə keçirdiyi xüsusi əməliyyatın nəticəsidir.
Qeyd edək ki, Krım körpüsü Ruslar tərəfindən qanunsuz tikilibmiş. Kerç boğazından keçən transport körpüsü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü iki hissədən ibarətdir — avtomobil və dəmiryol.
Pərvanə Fərhadqızı