Xəbərlər 17.07.2023 23:09 2370

“Qayıdışımızı milli birliyimiz təmin edəcək”- Rauf Zeyni / FOTOLAR

Bu gün “Qərbi Azərbaycan İcması” rəhbərliyinin Sumqayıt şəhər nümayəndəliyi ilə görüşü olub. “Qərbi Azərbaycan İcması” İdarə Heyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının 1-ci müavini Teymur Səmədov, İcmanın Sumqayıt fəalları iştirak ediblər.

Görüşlə bağlı Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT.az- a açıqlama verib. O, qeyd edib ki, gündəliyə uyğun olaraq çıxışlar olub: “Əziz Ələkbərli İcmanın məqsəd, vəzifələri və qarşıda duran, bu günə qədər olan işlərlə əlaqədar məlumat verib. Qeyd olunub ki, bu aylar ərzində çox böyük işlər görülüb. Beynəlxalq miqyasda icmanın bir çox sənədləri yayılıb, görüşlər keçirilib, addımlar atılıb. Cənab İlham Əliyevin tövsiyyələrinə uyğun olaraq 24 dekabr Qərbi Azərbaycan İcmasının Qərargahında olan görüşdən irəli gələrək, yurdumuza qayıdışla əlaqədar qaydış konsepsiyası haqqında məlumat verilib. Vətəndaşlıq mövzusunda, tariximizlə, mənfur düşmənlərimizin 1 əsr ərzində apardığı departasiya siyasətilə bağlı çıxışlar olub. Çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycan İcması tam təşkilatlanmaqla ölkəmizdə və dünyada olan Qərbi Azərbaycanlıları qayıdışla əlaqədar dünya Azərbaycanlıları olaraq, hər birimiz birlikdə üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Qayıdışımızı milli birliyimiz təmin edəcək”.

Qeyd edək ki, görüşdə Konsepsiyadan irəli gələrək görüləcək tədbirlər haqqında Sumqayıt ictimaiyyəti geniş məlumatlandırılıb. Sumqayıt nümayəndəliyinin yaradılması, təmin olunmasında Nizami İsgəndərovun rolu, böyük xidmətləri qeyd olunub və minnətdarlıq bildirilib. 2 saat davam edən müzakirədə beynəlxalq standartlara uyğun olaraq dünya ictimaiyyətinə Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə əlaqədar məlumatlar da verilib.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı